Fitness kart sistemi hər üzvə fərdi RFID kart və ya qolbaq təyin edir. Abunə müddəti bitən kimi kart avtomatik bloklanır — resepşndə yoxlamaya ehtiyac qalmır.
Hər müştəri üçün fərdi kart və ya qolbaq, kartın maya dəyəri ayrıca qeyd olunur.
Abunə vaxtı və ya giriş sayı bitən kartlar sistem tərəfindən avtomatik bloklanır.
Kart itən halda müştəri QR kod ilə də daxil ola bilər.
Bütün üzvlərin giriş-çıxış tarixçəsi, ödənişləri və paketləri bir yerdə.
Günlük giriş sayı və aktiv abunələr canlı paneldə izlənilir.
Səlahiyyəti olmayan kartlarla giriş cəhdləri avtomatik qeydə alınır və bloklanır.
Kağız üzərində qeydiyyat və əl ilə yoxlama həm vaxt itkisinə, həm də səhvlərə səbəb olur. Fitness kart sistemi bütün prosesi rəqəmsallaşdıraraq resepşndəki iş yükünü azaldır.
Sistem standart RFID kartlar, qolbaqlar və QR kodla işləyən mobil kartları dəstəkləyir.
Köhnə kart panel üzərindən bir kliklə bloklanır və müştəriyə yeni kart tərtib edilir, tarixçə itmir.
Bəli, kart sistemi ayrıca da quraşdırıla bilər, turniket isə əlavə təhlükəsizlik qatı kimi seçimlidir.
Kart, oxuyucu və proqram təminatı daxil olmaqla tam paket üçün bizimlə əlaqə saxlayın.